Liverpul Nunyesin yerinə onları almaq istəyir

31.12.2024

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Liverpul" satmaq istədiyi hücumçusu Darvin Nunyesə əvəz tapıb.

QOL.az xəbər verir ki, "TEAMtalk" nəşri məlumat yayıb. 

Mersisaydlılar "Nyukasl"ın futbolçusu Aleksander İsak və "İnter"in hücumçusu Markus Turamla maraqlanırlar. İtaliya klubunun futbolçusunun müqaviləsində kompensasiya məbləği 80 milyon avrodur. Bildirilir ki, bu məbləğ "Nyukasl"ın İsak üçün istəyəcəyi qiymətdən azdır. 

Qeyd olunur ki, Nunyeslə "Milan" maraqlanır və artıq "Liverpula" hücumçunu yayda almaq öhdəliyi ilə bu mövsümün sonuna qədər icarəyə götürmək təklifi edib. Uruqvaylı hücumçunun bazar dəyəri 45 milyon avrodur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью