Liverpul onu 80 milyon avroya transfer edə bilər

11.06.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

İngiltərə nəhəngi "Liverpul" Fransa çempionu PSJ-nin gənc yarımmüdafiəçisi Zair-Emerini heyətinə qatmaq üçün transfer planı hazırlayıb.

Fanat.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, mersisaydlılar daimi oyun praktikasından narahat olan 20 yaşlı futbolçunu transfer etmək üçün onun 65 milyon avroluq bazar dəyərindən daha yüksək məbləğ ödəməyə hazırdır.

Fransa klubunun rəhbərliyi öz yetirməsini asanlıqla buraxmaq istəməsə də, gələcək rəsmi təkliflərin 80 milyon avroya çatması durumunda bu keçidi müzakirə etmək məcburiyyətində qala bilər.

İstedadlı yarımmüdafiəçinin karyerası ilə bağlı yekun qərarı Premyer Liqadan gələcək rəsmi şərtlərdən sonra verəcəyi gözlənilir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью