“Liverpul” onunla vidalaşacaq

12.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Liverpul” qapıçısı Alisson Bekker ilə yollarını ayıracaq.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Mersisayd təmsilçisi braziliyalı qolkiperin 2027-ci ilin yayında bitəcək müqaviləsini uzatmayacaq.

Alisson 2018-ci ildən “Liverpul”da çıxış edir. O, bu mövsüm 4 oyuna çıxıb.

Braziliyalı qapıçı bu yay “Yuventus”dan təklif alsa da, keçid baş tutmamışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью