Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Liverpul” qış fasiləsində bir futbolçusu ilə vidalaşa bilər.
Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisi Federiko Kyeza ilə yolları ayırmağı düşünür. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Klub heyətdə yerini itirən vinger üçün təklifləri dəyərləndirəcək.
Kyeza bu mövsüm Premyer Liqada cəmi bir oyuna çıxıb. O, özü də klubdan ayrılmağa müsbət yanaşır.
İtaliyalı futbolçuya ölkəsindən təkliflər var.