“Liverpul” orta xətt üçün dörd namizəd seçdi: Siyahıda sürpriz adlar var

13.09.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin “Liverpul” futbol komandası orta xəttini gücləndirmək üçün dörd futbolçunu nəzərdən keçirir.

İdman.Biz “TeamTalk”a istinadən xəbər verir ki, mersisaydlıların siyahısında “Bornmut”dan Aleks Skott, “Roma”dan Manu Kone, “İnter”dən Aleksandar Stankoviç və “Monako”dan Lamin Kamara yer alıb.

Klub rəhbərliyi mümkün transfer variantlarını araşdırır və komandanın yarımmüdafiə xəttinə əlavə güc qatmaq niyyətindədir.

Qeyd edək ki, “Liverpul” cari İngiltərə Premyer Liqası mövsümündə dörd oyundan altı xal toplayıb. Komanda son turda öz meydanında “Fulhem”lə qolsuz heç-heçə edib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью