“Liverpul” PSJ nin futbolçusunu 160 milyona transfer etmək istəyir

24.11.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

“Liverpul” PSJ-nin yarımmüdafiəçisi Joao Neveşi transfer etmək niyyətindədir.

Apasport.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mersisayd klubu 21 yaşlı futbolçunu rekord məbləğ – 160 milyon avroya almağı nəzərdən keçirir. Bu keçid “Liverpul” tarixində ən bahalı transfer ola bilər.

Neveş cari mövsümdə PSJ-nin ən məhsuldar oyunçusu kimi fərqlənir. O, Fransa Liqa 1 və UEFA Çempionlar Liqasında keçirdiyi 9 oyunda 6 qol vurub və parislilərin hücum xəttinin aparıcı fiqurlarından birinə çevrilib.

Portuqaliyalı yarımmüdafiəçinin PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.

Daha bir "Qalatasaray"lı İstanbul derbisini buraxacaq ÇL: “Qalatasaray”a tanış hakim “Napoli” – “Qarabağ” oyununun hakimləri açıqlanıb Portuqaliyalı futbolçu “Mançester Yunayted”dən ayrıla bilər Bundesliqa tarixində yeni rekord
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью