Liverpul , PSJ, Srvena Zvezda seriya davam edir

03.04.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

30-cu turda "Everton"а qalib gələn (1:0) "Liverpul"un Premyer Liqada məğlubiyyətsiz seriyası 26 oyuna çatıb.

İdman.biz xəbər verir ki, “qırmızılar”ın bu mövsüm çempionatdakı yeganə məğlubiyyəti sentyabrın 14-də “Nottingem Forest”lə oyuna təsadüf edib (0:1).

O vaxtdan bəri "Liverpul" 19 dəfə qalib gəlib, 7 dəfə heç-heçə edib.

Avropanın digər komandalarından PSJ bu mövsüm Fransa Liqa 1-də keçirdiyi 27 oyunda, "Srvena Zvezda" isə Serbiya çempionatında 29 qarşılaşmada məğlub olmayıblar.

Ötən mövsümü də nəzərə alsaq, "Srvena Zvezda"nın məğlubiyyətsiz seriyası artıq 47 oyuna çatıb, PSJ-də isə bu göstərici 29-dur.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью