Liverpul Qarabağ matçının hakimləri bəlli olub

26.01.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

İngiltərədə "Liverpul" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyununun baş hakimi açıqlanıb.

Apasport.az xəbər verir, qarşılaşma slovakiyalı FIFA referisi İvan Krujlyaka tapşırılıb.

Onun köməkçiləri  Branislav Hantsko ilə Yan Pozor olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

VAR-da niderlandlı Pol van Boekel, AVAR-da Yan Boterberq əyləşəcəklər.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Rəhim Sadıxovdan yubiley qolu “Qarabağ” “Simurq”dan “Kəpəz”ə qədər Rekord təkrarlandı: Bir turda 7 legioner baş məşqçi Dambrauskas: “Şayiələrə inanmaq lazım deyil” Füzuli Məmmədov: “Erkən qollar bizə təsir etdi”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью