Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Bilindiyi kimi, “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinin sonuncu – 8-ci turunda “Liverpul”un qonağ olacaq. İngiltərə təmsilçisinin “köhlən atlar”ın azarkeşləri üçün 1250 yer ayırdığını yazmışdıq. Artıq bilet satışı “sold out” olmaq üzrədi.
Bu barədə “Football-plus.az”a Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib. Klub rəsmisinin sözlərinə görə, 1250 biletin, demək olar ki, hamısı sahibini tapıb. Az sayda bilet qalıb ki, bunlar da yaxın bir neçə saat ərzində tükənəcək.
Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-una keçən gecə, saat 00.00-da başlayacaq. Maraq üçün matçın keçiriləcəyi “Enfild” stadionunun 61276 yerlik olduğunu da xatırladaq.
KƏNAN BAHADIR