“Liverpul” “Qarabağ”ın rəqibini darmadağın etdi

01.02.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında XXIV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Liverpul" öz meydanında "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl"ı sınağa çəkib.

5 qolun vurulduğu görüşdə sevinən tərəf ev sahibləri olub. Oyun Mersisayd klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ"ın "Nyukasl"a qarşı ilk görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Super Liqa: “Trabzonspor”dan xal itkisi Bundesliqa: “Leypsiq” autsayderlə bacarmadı Premyer Liqa: “Everton” turu bir xalla başa vurub A Seriyası: XXII tura yekun vurulub Super Liqa: “Beşiktaş” autsayderlə bacarmadı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью