“Liverpul” “Real Madrid”i “talayır” 2 transfer birdən

29.09.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin "Liverpul" klubu hücum xəttindəki zədələr və yarımmüdafiəni gücləndirmək məqsədilə "Real Madrid"in iki futbolçusunu diqqətdə saxlayır.

“Yeni Sabah” xəbər verir ki, hücumdakı itkilərdən sonra mərkəz mövqeyini gücləndirmək istəyən Mersisayd təmsilçisi İspaniya klubunun gənc istedadı Endriki transfer etməyi planlaşdırır. "Kral klubu"nun qışda braziliyalı hücumçunun icarəsi və ya satışı ilə bağlı təklifləri dəyərləndirməyə hazır olduğu bildirilir.

Eyni zamanda, "Liverpul" madridlilərin fransalı yarımmüdafiəçisi Orelien Çuameni ilə də maraqlanmağa davam edir. Yayda aparılan danışıqlardan sonra futbolçunun nümayəndələri ilə təmasları saxlayan İngiltərə klubu Çuameninin Madriddəki vəziyyətindən asılı olaraq bu keçidi yenidən gündəmə gətirə bilər. Dominos pizza

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью