“Liverpul” “Real” oyununun ən zəif bəndi: Kilian Mbappe

28.11.2024

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Liverpul"la "Real" qarşılaşıb. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, "Real"ın hücumçusu Kilian Mbappe bu oyunda ən aşağı qiyməti (2/10) alıb.

Fransalı forvard meydanda olduğu 90 dəqiqədə heç nə ilə yadda qalmayıb, üstəlik 61-ci dəqiqədə 11 metrlik zərbəni də dəqiq yerinə yetirə bilməyib. Nəticədə, "Real" 0:2 hesabı ilə məğlub olub,

Qeyd edək ki, 5 turdan sonra Karlo Ançelottinin çalışdırdığı "Kral klubu" Çempionlar Liqasının turnir cədvəlində 26-cı pillədə qərarlaşıb,

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью