“Liverpul” “Real”dan təzminat tələb edəcək

09.05.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Liverpul" Trent Aleksandr-Arnoldun vaxtından əvvəl gedişinə görə "Real"dan təzminat tələb edəcək. Sport24.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Nəşrin yazdığına görə, mersisaydlılar 26 yaşlı müdafiəçinin müqaviləsi iyunun 30-da başa çatsa da, iyunun 14-də klubu tərk etməsindən narazıdırlar. "Real" klublararası dünya çempionatında müdafiəçinin xidmətindən yararlanmağı planlaşdırır. Madridlilər ilk oyununu iyunun 18-də "Əl-Hilal"a qarşı keçirəcək.

Qeyd edək ki, futbolçu mayın 5-də "Liverpul"dan ayrıldığını açıqlayıb. O, klubda 352 oyun keçirib, 23 qol vurub və 92 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью