Liverpul Robertsonu yarı qiymətinə satır MƏBLƏĞ

25.01.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Liverpul"un 31 yaşlı cinah müdafiəçisi Endryu Robertsonun "Tottenhem"ə transferi yekunlaşmaq üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.

Məlumata görə, "qırmızılar"la müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulan şotlandiyalı futbolçunun 5 milyon funt sterlinqə (5,7 milyon avro) satılacağı gözlənilir. Mənbə heyətindəki zədəlilərin sayı çox olan London təmsilçisinin 31 yaşlı Endryunun transferini mümkün qədər tez həll etməyi hədəflədiyini vurğulayıb.

Cari mövsüm bütün turnirlərdə 22 matça çıxan Robertson 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью