Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
“Liverpul” heyətini “Brentford”un hücumameyilli yarımmüdafiəçisi Kevin Şade ilə gücləndirə bilər.
Apasport.az xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı almaniyalı futbolçunun mümkün transferini nəzərdən keçirir.
Bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Liverpul” Şadeni artıq qış transfer pəncərəsində heyətinə qatmağa çalışa bilər. Futbolçunun mövsümə uğurlu başlaması klub skautlarının diqqətini çəkib.
Şade Premyer Liqada keçirdiyi ilk 5 matçda 3 qol vurub.
Qeyd edək ki, Kevinin “Brentford”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.
Ronaldo millinin düşərgəsini tərk etdi - Yığmadakı karyerasını bitirə bilər UEFA klublara 31,5 milyon avro ödəyəcək Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun” Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda