Liverpul Salah və Virgil van Deyklə razılaşıb

09.04.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Liverpul" Mohamed Salah və Virgil van Deyklə yeni müqavilə bağlamağa çox yaxındır.

İdman.biz xəbər verir ki, bu barədə İngiltərə mətbuatında məlumat yer alıb.

Hər iki futbolçu ilə müqavilənin müddəti bu ilin iyununda bitəcək. Salah və van Deykin komandanı tərk edəcəyi xəbərləri yayılsa da, onlara yeni müqavilənin detalları razılaşdırılıb. Yaxın günlərdə klubdan bu barədə rəsmi açıqlama verəcəyi bildirilib.

Qeyd edək ki, Mohamed 2017-ci ilin iyulundan, Virgil isə 2018-ci ilin yanvarında "Liverpul"da çıxış edir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью