Liverpul Salaha əvəzləyici tapdı

02.03.2026

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Real"ın futbolçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızılar" Rodriqonu Məhəmməd Salahın davamçısı kimi düşünür. "Liverpul"dan əlavə, "İnter", "Əl-Hilal", "Arsenal", "Çelsi" və "Tottenhem" də 25 yaşlı futbolçu ilə maraqlanır.

Qeyd edək ki, "Real" Rodriqonu 2019-cu ilin yayında "Santos"dan 45 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью