Liverpul Salahı yeni müqaviləyə razı saldı SON DURUM

08.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Liverpul" ulduz futbolçusu Məhəmməd Salahla yeni müqavilənin detallarını razılaşdırıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Mirror" yayıb.

Mənbənin məlumatına görə, 32 yaşlı hücumçu ilə gələn ilin yayında başa çatacaq müqavilənin müddəti daha 2 il uzadılacaq.

Misirli futbolçu 3 illik müqavilə üçün israr etsə də, ilkin olaraq 1 illik anlaşma təklif edən "Liverpul" onunla ortaq məxrəcə gəlib.

Qeyd edək ki, Salahla danışıqlarda maliyyə probleminin olmadığı vurğulanır, çünki o, artıq həftədə 400 min funt-sterlinq maaşla Liverpulun ən yüksək maaş alan oyunçularından biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью