Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
"Liverpul" 2025/2026 mövsümünün sonunda klubdan ayrılacağını açıqlayan hücumçu Məhəmməd Salahın yerini doldurmaq üçün 140 milyon avroya qədər pul xərcləyə bilər.
QOL.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
İngiltərə klubu 3 namizədi nəzərdən keçirir.
"Liverpul"un namizədlər siyahısında "Leyptziq"in hücumçusu Yann Diomande və "Nyukasl"ın oyunçusu Entoni Qordon da yer alır. Lakin komandanın əsas hədəfi 140 milyon avro dəyərində olan "Bavariya"nın fransız futbolçusu Maykl Oliseh olaraq qalır.
Klub rəhbərliyi "Bavariya"nı bu keçid üçün razı salmağa çalışır.