Liverpul Salahla razılaşa bilmir

13.11.2024

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ulduz hücumçu Məhəmməd Salah yeni müqavilə imzalamaq üçün "Liverpul"la danışıqlar aparır.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, tərəflər hələ də yeni sövdələşmə ilə bağlı razılığa gəlməkdən uzaqdırlar.

Misirli ilə mersisaydlılar arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatacaq.

Əgər razılıq əldə olunmasa, Salahın Səudiyyə Ərəbistanında və digər Avropa klublarında işləmək imkanları var.

Bu mövsüm forvard "Liverpul"un heyətində 17 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun transfer qiyməti 55 milyon avro olaraq qiymətləndirilir.

Murilyo “Liverpul”un hədəfində “Lill” Deviddən cavab gözləyir “Qalatasaray”ın sabiq futbolçusunun yeni klubu bəlli oldu Fransa millisinin sabiq futbolçusuna həbs cəzası Montella Türkiyə millisindən ayrıla bilər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью