Liverpul Salahla yeni müqavilə bağlayır

08.12.2024

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Liverpul" hücumçusu Məhəmməd Salahla yeni müqavilə imzalamağa yaxındır.

QOL.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Mersisayd klubunun gələn ilin yayında müqaviləsi başa çatacaq misirli futbolçu ilə razılığa gəldiyi bildirilib.

Xəbərdə qeyd olunub ki, Salahın meneceri danışıqlar zamanı klubla 3 illik müqavilə imzalanmasını istəyib. "Liverpul" isə əvvəlcə 1 illik sözləşmə təklif edib. Daha sonra isə tərəflər 2 illik müqavilə ilə bağlı razılılaşıblar.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən 32 yaşlı futbolçu bu mövsüm ümumilikdə 21 oyunda 15 qol vurub, 12 qol ötürməsi edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью