Liverpul Salahla yeni müqavilə imzalayır

26.12.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Liverpul" hücumçusu Məhəmməd Salahla yeni müqavilə imzalamağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Misirli futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. Müqaviləyə 12 ay müddətinə uzadılma variantı da daxil ediləcək. 

Qeyd edək ki, Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. O, bu klubla İngiltərə Premyer Liqasının, ölkə kubokunun, Çempionlar Liqasının və FİFA Klublararası dünya çempionatının qalibi olub.

Daha əvvəl forvardla PSJ və "Barselona"nın maraqlandığı haqda məlumatlar yayılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью