“Liverpul” “Sanderlend”lə matçda məğlubiyyətdən güclə qurtarıb VİDEO

04.12.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İngiltərə Premyer Liqasının 14-cü turunun “Liverpul” - “Sanderlend” matçı başa çatıb. Final fitindən sonra hesab 1:1 olub.

İdman.Biz xəbər verir ki, oyun “Enfild” stadionunda (Liverpul) baş tutub. Oyunu hakim Stüart Atvell (Nunaton, Uorvikşir) idarə edib.

67-ci dəqiqədə Şemsdin Talbi qonaqları hesabda irəli çıxarıb. 81-ci dəqiqədə isə Nordi Mukiele öz qapısına vurduğu qolla hesabı bərabərləşdirib.

Bu oyundan sonra “Liverpul” İngiltərənin yüksək liqasının turnir cədvəlində 22 xalla səkkizinci yerdə, “Sanderlend” isə 23 xalla altıncı yerdədir.

Növbəti turda “qırmızılar” 6 dekabrda səfərdə “Lids Yunayted”lə, "qara pişiklər" isə həmin gün səfərdə “Mançester Siti” ilə qarşılaşacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью