“Liverpul” son anda məğlubiyyətdən xilas oldu

18.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İngiltərə Premyer Liqasında 22-ci turun növbəti oyunu keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, turnir cədvəlinin lideri “Liverpul” səfərdə “Brentford”un qonağı olub.

Görüş Mersisayd təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Klub əlavə olunmuş dəqiqələrdə Nunesin dublu (90+1 və 90+3) ilə 3 xalı qazanıb.

Bu nəticədən sonra xallarını 50-yə çatdıran “Liverpul” zirvədəki yerini möhkəmləndirib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью