Liverpul son saniyələrdə qalib gəldi

20.04.2026

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Liverpul” İngiltərə Premyer Liqasının XXXIII turunda səfərdə “Everton”u məğlub edib.

Globalinfo.az xəbər verir ki, “Hill Dikinson” stadionunda keçirilən mersisayd derbisi “qırmızılar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin qollarını Məhəmməd Salah (29-cu dəqiqə) və Vircil van Deyk (90+10) vurub. Ev sahiblərindən Betu (54) fərqlənib. “Everton”un hücumçusu İlimane Ndiayenin vurduğu qol oyunun 27-ci dəqiqəsində video köməkçi hakim (VAR) tərəfindən hesaba alınmayıb.

Bu qələbədən sonra “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 55 xalla beşinci, “Everton” isə 47 xalla 10-cu yerdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью