“Liverpul” transferi açıqlamağa hazırlaşır

20.06.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bayer”in və Almaniya millisinin futbolçusu Florian Virts “Liverpul” üçün tibbi müayinədən keçib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb. Virtsin müayinəsinin birinci mərhələsi uğurla başa çatıb.

Alman futbolçu bu gün digər müayinələrdən keçəcək və daha sonra klubla 5 illik müqavilə imzalayacaq.

“Liverpul”un Virts üçün 150 milyon avro ödəyəcəyi bildirilir.

22 yaşlı hücumçu başa çatan mövsümdə 45 oyunda 16 qol vurub, 15 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью