“Liverpul” Türkiyədə akademiya açdı

24.08.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin “Liverpul” klubu Türkiyədə ilk beynəlxalq futbol akademiyasını istifadəyə verib.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“LFC International Academy Türkiye” adı altında fəaliyyət göstərəcək layihə vasitəsilə gənc futbolçular “Liverpul”un məşq metodologiyası üzrə hazırlıq keçəcəklər. Proqram iştirakçıların texniki, taktiki, fiziki və sosial bacarıqlarının inkişafına yönəldiləcək.

Akademiyada ilboyu məşq proqramları təşkil olunacaq. Məşqlər klubun İngiltərədəki akademiyası tərəfindən hazırlanan proqram əsasında keçiriləcək.

“Liverpul”un əfsanəvi futbolçusu və beynəlxalq akademiyanın səfiri İan Raş Türkiyədə belə bir layihənin həyata keçirilməsindən məmnunluğunu ifadə edib. O, ölkədə güclü futbol mədəniyyətinin və bu idman növünə böyük marağın olduğunu vurğulayıb.

Qeyd edək ki, “LFC International Academy Türkiye” 5-16 yaş arası uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulub.

Kin "Komo"nun hədəfində: 40 MİLYON AVRO Mazraui İtaliya yolunda “Fənərbaxça”nın oyunu italiyalılara həvalə olunub "Tottenhem"in "B planı": MUDRİK ÜÇÜN ŞANS Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью