“Liverpul” türkiyəli futbolçuya elçi düşdü

09.12.2024

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Liverpul" "Yuventus"un türkiyəli ulduzu Kənan Yıldızı transfer etmək istəyir.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İngiltərə nəhəngi Məhəmməd Salahla razılıq əldə edə bilməyib. 

Bu səbəbdən istiqamət Kənana doğru yönəlib. Turin klubu oyunçusuna 80 milyon avro qiymət qoyub.

Qeyd edək ki, onu heyətində görmək istəyən klubların sırasında PSJ, "Mançester Yunayted" və digər komandaların adları çəkilir.

Tural
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью