Liverpul üçün hər şeyimi vermişəm, tənbəllik etməmişəm

27.02.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

“Liverpul”un futbolçusu Məhəmməd Salah "qırmızılar"ın azarkeşlərinə dəstəyə görə təşəkkür edib.

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, futbol ictimaiyyətinin bir hissəsi futbolçunun sözlərində klubu tərk etməsi ilə bağlı eyham kimi görüb:

“Mən azarkeşlər və şəhər üçün hər şeyimi vermişəm. Azarkeşlərin bunu xatırlamasını istəyərdim. Oyundan həzz almışam, hər şeyimi vermişəm, tənbəllik etməmişəm. Düşünürəm ki, bütün məsələ budur, onlar sizə sevgi verir, hər şeyi verdiyiniz üçün azarkeşlərlə əlaqəniz yaxşı olmalıdır. Səkkiz il burada olmuşam və hər şeyimi vermişəm”.

32 yaşlı ftubolçunun “Liverpul”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью