Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq. "Bayer Leverkuzen" yarımmüdafiəçisi Florian Virts üçün "Liverpul"dan aldığı ikinci təklifi d
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Kristian Falk yayıb.
Məlumata görə, "qırmızılar" 130 milyon avro ödəməyə hazır olsalar da, Virtsin satışından 150 milyon avro qazanmağı hədəfləyən "əczaçılar" bu məbləğlə razılaşmayıblar.
Qeyd edək ki, geridə qalan mövsümdə bütün turnirlərdə 45 matça çıxan Florian 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun "Bayer" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
"Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 140 milyob avro ilə dəyərləndirir.
22 yaşlı Virtslə "Real Madrid" və "Mançester Siti" də maraqlanır.
Nihat Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.