Icma.az, Fanat portalına istinadən məlumat yayır. İngiltərə Premyer Liqasının (İPL) 8-ci turunda öz meydanında "Mançester Yunayted"ə uduzan
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb: "Məşqçi həmişə yeni çağırışlarla üz-üz
İşə yeni başlayırsansa, birinci çağırış möhkəmlənmək qələbələrə start verməkdir.
Bu məsələni qaydaya salandan sonra daha artığını etməli olursan.
İnsanların beyinlərində sual yaranır: "Görək indi uğurun ardını gətirə biləcəkmi?" Daha sonra Yürgen Klopun xələfi imicini doğrultmağını istəyir və deyirlər: "Bax bu, ən ciddi çağırışdır".
İndi isə biz ardıcıl 4 oyundur ki, uduzuruq və bu, yeni çağırışdır. Futbol məşqçisinin həyatı belədir, həmişə sınaqlardan çıxmalısan.
Qalib gələndə qələbələrin ardını gətirmək, uduzanda isə yenidən qələbə qazanmağa başlamaq istəyirsən".
Xatırladaq ki, "Liverpul" İPL-də "Kristal Pelas" (1:2), "Çelsi" (1:2) və "Mançester Yunayted"ə (1:2), UEFA Çempionlar Liqasında isə "Qalatasaray"a (0:1) uduzub.