Liverpul un Çempionlar Liqasında qazancı məlum oldu

12.02.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çempionlar Liqasının ümumi mərhələsini birinci yerdə başa vuran "Liverpul" bu günə kimi bütün digər klublardan daha çox - 56,2 milyon avro qazanıb.

Oxu.Az xəbər verir ki, bu barədə AS məlumat verib.

Qeyd olunur ki, "Barselona" ikinci yerdədir və 54,5 milyon avro qazanıb. "Real Madrid" (11-ci yer) klubun büdcəsini 37,27 milyon avro artırıb və Çempionlar Liqasının 1/8 finalına çıxarsa, onlar da digər komandalar kimi daha 11 milyon avro qazanacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью