Liverpul un əsas transfer hədəfi bəlli oldu

08.05.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Liverpul" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Atletiko"da çıxış edən Xulian Alvaresdir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Liverpul" argentinalı forvardı heyətinə qatmaq üçün yüksək məbləğdə təzminan ödəməyə hazırdır. "Qırmızılar" həmçinin qarşı tərəfə Darvin Nunesi də təklif edəcək.

Qeyd edək ki, "Atletiko" Xulian Alvaresi mövsümün əvvəlində "Mançester Siti"dən transfer edib. 25 yaşlı hücumçu Madrid təmsilçisinin heyətində keçirdiyi 51 rəsmi matçda 27 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью