Liverpul un futbolçusu İtaliya nəhənginə keçir Danışıqlar başladı

01.02.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Liverpul"un yarımmüdafiəçi Kartis Cons karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, "İnter" onun transferi üçün İngiltərə çempionu ilə danışıqlar aparır.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, İtaliya klubu "qırmızılar"ın oyunçusunu mövsümün sonuna kimi icarəyə götürmək istəyir. Ancaq anlaşmaya satınalma bəndi də daxil ediləcək. 

25 yaşlı oyunçuya "İnter"dən ayrılacağı gözlənilən, "Nottingem Forest"dən cəlbedici təklif alan David Frattesinin əvəzləyicisi gözü ilə baxılır. 

Cons bu mövsüm "Liverpul"da rotasiya oyunçusu rolunu oynayır. O, Premyer Liqada meydana çıxdığı 20 oyunun yalnız yarısında start heyətində yer alıb. Bütün yarışlarda 29 oyunda iştirak edən Kartis bir qol belə vurmayıb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью