Liverpul un futbolçusu Qarabağ la oyundan danışdı | Icma.az
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır. "Liverpul"un futbolçusu "Qarabağ"la oyundan danışdı “Düşünürəm ki, yaxşı oyun idi.
Həqiqətən düzgün müdafiə olunduq, çox yaxşı hücum etdik və çoxlu qol şansları yaratdıq. Bu, layiqli qələbədir.
Ona görə də həqiqətən xoşbəxtik”. QOL.az xəbər verir ki, bu sözləri "Liverpul"un futbolçusu Jeremie Frimponq UEFA-ya açıqlamasında deyib.
O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda səfərdə "Marsel"ə qalib gəldikləri matçı (3:0) dəyərləndirib.
Niderlandlı vinger "Qarabağ"la sonuncu turda keçiriləcək oyuna da toxunub: “Düşünürəm ki, hamı mərhələni 1/8 finalda bitirmək istəyir.
Gələn həftə "Qarabağ"la qarşılaşacağıq. Ona görə də ümid edirik ki, bu gün etdiyimiz kimi "Qarabağ"la oyunda da edə biləcəyik”.
Jeremie Frimponq "Liverpul"un 13 oyunluq məğlubiyyətsiz seriyası haqqında da danışıb: “Hər oyunu olduğu kimi qəbul edirik.
Bəli, hazırda yaxşı seriyamız var. Ümid edək ki, bu, davam edəcək".
Tam oxu
Xəbəri oxu