Fanat saytına istinadən Icma.az xəbər verir.
"Liverpul" rəhbərliyi "Bornmut"un aparıcı hücumçusu Rayanı heyətinə qatmaq variantını nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, gənc futbolçunun transferi bu yay üçün real görünmür.
Buna səbəb oyunçunun müqaviləsində yer alan 85 milyon funt-sterlinqlik sərbəstqalma maddəsinin yalnız 2027-ci ildən etibarən qüvvəyə minəcək olmasıdır.
Mersisayd təmsilçisi bu səbəbdən transfer danışıqlarını dondurmaq və gözləmə mövqeyi tutmaq məcburiyyətində qalıb.