Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Liverpul"un hücumçusu Darvin Nunez yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Apasport.az xarici mətbuata istinadla xəbər verir ki, uzun müddətdir, Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri uruqvaylıya maraq göstərir.
Forvardın özü də bu yay Səudiyyə Ərəbistanına keçmək istəyir.
"Transfermarkt" Darvin Nunezin transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
"Liverpul" futbolçunu 2022-ci ilin yayında Portuqaliyanın "Benfika" klubundan 85 milyon avroya alıb. 25 yaşlı futbolçunun "qırmızılar"la hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
Antoni “Yuventus”un radarında “Beşiktaş”da ciddi itki Qvardiola “Barsa”nın yarımmüdafiəçisini istəyir Premyer Liqanı La Liqaya dəyişə bilər Ronaldonun oğlu millidə debüt edib