Liverpul un hücumçusu mövsümü başa vurdu

15.04.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Liverpul"un hücumçusu mövsümü başa vurdu

"Liverpul"un hücumçusu Uqo Ekitike sıradan çıxıb.

QOL.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində PSJ-yə qarşı keçirilən cavab qarşılaşmasına start heyətində başlayan 23 yaşlı futbolçu matçın 31-ci dəqiqəsində zədələnərək əvəzlənmək məcburiyyətində qalıb.

Məlumata görə, fransalı oyunçu heç bir rəqiblə təmas olmadan bu zədəni alıb. Fransa yığmasının üzvü "Enfild" stadionunun meydanını xərəkdə tərk edib.

Fransanın nüfuzlu "L'Equipe" nəşrinin yazdığına görə, dərinləşdirilmiş tibbi müayinə ən pis qorxuları təsdiqləyib. Sağ axilles vətəri qopan Ekitikenin yaxın günlərdə əməliyyat olunacağı bildirilir.

Qeyd edək ki, bu cür ağır zədənin bərpa prosesi təxminən doqquz ay tələb edir. Beləliklə, gənc forvard nəinki bu mövsümün qalan hissəsini, eyni zamanda qarşıdan gələn Dünya Çempionatını və növbəti mövsümün ilk yarısını buraxmalı olacaq. Uqo Ekitikenin yaşıl meydanlara 2027-ci ilin yanvarından tez qayıtması gözlənilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью