Liverpul un hücumçusuna 6 təklif

30.04.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Dioqo Jota mövsümün sonunda "Liverpul"dan ayrıla bilər.

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu bir çox klubun transfer siyahısında yer alıb. Bu barədə "Caught Offside" məlumat yayıb.

"Vulverhempton", "Nyukasl", "Aston Villa", "Əl-İttihad", "Əl-Nəsr" və "Əl-Hilal" Jotanı transfer etmək istəyir. İngiltərə klubu futbolçusunu 50 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Liverpul" Dioqo Jotanı 2020-ci ilin sentyabr ayında "Vulverhempton"dan transfer edib. Portuqaliya millisinin üzvü olan 28 yaşlı forvard bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью