Liverpul un müdafiəçisi Bayer ə keçir

20.06.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Liverpul"un müdafiəçisi Carrel Kuansa karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Bayer" ingiltərəli futbolçunun transferini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Leverkuzen klubu Kuansa ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Bayer" 22 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 30+5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Carrel Kuansa "Liverpul"un yetirməsidir. İngiltərə U-21 millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 25 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью