Icma.az, Apasport portalına istinadən məlumat verir.
“Liverpul”un müdafiəçisi Endryu Robertson karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, klubdan ayrılacağı dəqiqləşən şotlandiyalı futbolçu ilə “Fənərbaxça” yaxından maraqlanır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözləri görə, 32 yaşlı cinah müdafiəçisinin menecerini danışıqlar aparmaq üçün İstanbula dəvət edib və sözlü təklif göndərib. Lakin prezident seçkisi səbəbindən görüşmələr dondurulub.
Qeyd edək ki, “Liverpul” Endryu Robertsonu 2017-ci ildə “Hall Siti”dən 8 milyon avroya transfer etmişdi.
Kompani penaltiyə etiraz etdi: “Qərar mübahisəlidir” Meydanda gənc futbolçu şərti: FIFA-dan yeni təşəbbüs Portuqaliyalı müdafiəçi "Beşiktaş"dan ayrılır - Nizam-intizamı pozduğuna görə Ermənistan və Gürcüstan DÇ-2029-a ev sahibliyi edəcək Sarı vərəqə limiti aradan qaldırılır? - FIFA-dan yeni qərar