Liverpul un müdafiəçisi Real ın əsas transfer hədəfidir

10.10.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

“Real” müdafiənin mərkəzini gücləndirmək üçün üç namizədi müəyyən edib.

Sportal.az xəbər verir ki, "Marca" nəşrinin məlumatına görə, Madrid klubunun qısa siyahısında İbrahima Konate (“Liverpul”), Dayo Upamekano (“Bavariya”) və Mark Gehi (“Kristal Pelas”) yer alıb. Bu futbolçuların hazırkı klubları ilə müqavilələri mövsümün sonuna qədər qüvvədədir.

"Real" üçün prioritet variant Konatenin transferidir. O, hələ də “Liverpul”la yeni müqavilə imzalamağa razılıq verməyib. 

Qeyd edək ki, mövsümün sonunda “Real”ın futbolçuları Antonio Rudiger və David Alabanın da müqavilə müddəti başa çatacaq.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью