Liverpul un müdafiəçisi Tottenhem lə anlaşdı

25.05.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Liverpul"la müqaviləsi başa çatan Endryu Robertson Premyer Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, şotlandiyalı futbolçu "Tottenhem"lə anlaşıb. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

32 yaşlı sol cinah müdafiəçisi paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Liverpul" Endryu Robertsonu 2017-ci ilin yayında "Hall Siti" 9 milyon avroya transfer edib. Şotlandiya millisinin üzvü "qırmızılar"ın heyətində meydana çıxdığı 378 rəsmi matçda 14 qol və 69 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью