Liverpul un oyunçusu yalnız Real ı istəyir

10.07.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Liverpul”un müdafiəçisi İbrahima Konate klubu ilə müqaviləsini uzatmaq niyyətində deyil. 

QOL.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Fransalı futbolçunun bütün diqqəti gələn yay “Real”a keçidinə yönəlib. Bu qərarın artıq bütün tərəflərə məlum olduğu bildirilir.

Eyni zamanda, “Real” Konateni artıq bu yay da heyətinə qatmağa cəhd edə bilər. Lakin bunun üçün əvvəlcə Madrid təmsilçisinin futbolçusu David Alaba komandadan ayrılmalıdır.

Qeyd edək ki, 26 yaşlı Konate 2021-ci ilin yayında “Leyptsiq”dən “Liverpul”a transfer olunub. “Transfermarkt” portalına əsasən, futbolçunun hazırkı bazar dəyəri 60 milyon avro təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью