Liverpul un qapıçısı ölkəsinə geri qayıdacaq

10.11.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

“Liverpul” və Braziliya milli komandasının qapıçısı Alisson İngiltərəni tərk etmək niyyətindədir.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, 34 yaşlı qolkiperin xidmətində maraqlı olan klubların sayı çoxdur. 

Ona Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, İtaliya və Braziliyalı klublarından təklif gəlib. Alisson Braziliyaya geri qayıtmağı planlaşdırır. Sabiq klubu “İnternasional” Alissona 2 illik müqavilə təklif edib. Təcrübəli qolkiper isə hələ ki yekun qərarını verməyib. Onun “Liverpul”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Braziliyalı “İnternasional” və “Roma”nın da qapısını qoruyub.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью