Liverpul un sabiq futbolçusu Serbiya klubunda

19.09.2026

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Liverpul"un sabiq futbolçusu Lazar Markoviç karyerasını ölkəsində davam etdirəcək.

Sportal.az xəbər verir ki, serbiyalı vinger "Çukariçki" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı ön xətt oyunçusu Super Liqa təmsilçisi ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Lazar Markoviç son olaraq "Apollon"da (Kipr) çıxış edib. Serbiya millisinin sabiq üzvü daha əvvəl "Fənərbaxça", "Trabzonspor", "Sportinq", "Benfika", "Fulhem" kimi klubların formasını geyinib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью