Liverpul un sahibləri yeni klub axtarışında

15.11.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Liverpul"un sahibləri yeni klub axtarışında

"Liverpul"un sahibi olan "Fenway Sports Group" şirkəti İspaniyanın "Hetafe" klubunun alınması ilə bağlı danışıqları dayandırıb.

QOL.az xəbər verir ki, məlumata görə, İspaniya çempionatında tətbiq olunan maliyyə qaydalarına ciddi nəzarət işləri amerikalıları narahat edib. Bu səbəbdən müvafiq istiqamət üzrə addımların atılması ilə bağlı işlər dayandırılıb. Bununla yanaşı, şirkətin digər potensiallı klublara maraq göstərəcəyi ehtimal olunur. Lakin qurum hələlik yeni hədəfləri ilə bağlı açıqlama verməyib. Bildirilir ki, şirkətin yeni klub axtarması "Red Bull" şirkətində olduğu kimi çox klublu şəbəkə yaratmağa çalışması ilə bağlıdır.

Qeyd edək ki, hazırda “Hetafe” İspaniya çempionatında 12 turdan sonra 17 xal toplayaraq turnir cədvəlində səkkizinci yerdə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью