Liverpul un ulduzu çıxılmaz vəziyyətdə: Nə oynaya bilir, nə də gedə

02.02.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Liverpul"un gənc istedadı Harvi Elliottun "Aston Villa"dakı macərası gözlənilməz sonluqla üz-üzədir.

Fanat.Az xəbər verir ki, Birmingem təmsilçisi 22 yaşlı yarımmüdafiəçini daimi olaraq transfer etməmək üçün onu heyətdən uzaqlaşdırıb.

Klublar arasındakı müqaviləyə əsasən, Elliott bu mövsüm 10 Premyer Liqa oyununda meydana çıxarsa, "Aston Villa" onu 35 milyon funt-sterlinqə transfer etmək öhdəliyi daşıyır. Lakin baş məşqçi Unay Emeri artıq iki ay əvvəl futbolçunu daimi heyətə qatmaq niyyətində olmadıqlarını rəhbərliyə bildirib.

Hazırda cəmi 5 rəsmi matçda (bunlardan 4-ü Premyer Liqadır) iştirak edən Elliottun növbəti oyunlarda meydana çıxması transfer bəndini aktivləşdirə bilər. Bu səbəbdən Emeri gənc oyunçunu yanvarın sonuna qədər demək olar ki, bütün oyunlarda kənarda saxlayıb.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью