Liverpul un ulduzu Qarabağ la oyun ərəfəsində ağır xəbərlə sarsıldı

23.01.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Liverpul"un müdafiəçisi İbrahima Konate ailəsi ilə bağlı ürək ağrıdan xəbər paylaşıb.

Fanat.Az xəbər verir ki, 26 yaşlı fransalı müdafiəçisinin atası Hamadi Konate vəfat edib.

Ölüm səbəbi və təfərrüatlar açıqlanmayıb. Lakin futbolçunun özü faciə barədə "İnstaqram səhifəsində məlumat verib. O, "Quran"dan ayə paylaşıb:

"Ən azı yüz müsəlmandan ibarət toplum tərəfindən Allaha dua edilərək rəhmət dilənən, duaları qəbul olunmayan bir nəfər də olsun mərhum yoxdur".

"Liverpul" klubu futbolçusunun üzüntüsünü sosial şəbəkə hesabı üzərindən paylaşaraq başsağlığı verib: 

"İbrahima Konatenin atasının vəfatını üzüntü ilə öyrəndik.

Ona və ailesinə tam dəstəyimizi çatdırır, yanında olduğumuizu bildiririk. 

Bizlər Allaha aidik və bir gün Ona dönəcəyik".

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью