Icma.az, Fanat saytına istinadən bildirir.
“Liverpul” müdafiə xəttini gücləndirmək üçün “Tottenhem”in futbolçusu Miki van de Venlə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı “Goal” yayıb.
Mənbənin məlumatına görə, Mersisayd təmsilçisi niderlandlı müdafiəçini Vircil van Deykin gələcək varisi kimi nəzərdən keçirir. Klubun rəhbərliyi 25 yaşlı futbolçunu uzun müddətdir izləyir və onun transferi üçün hərəkətə keçməyi planlaşdırır.
Van de Ven sürəti, fiziki gücü və sol ayaqla oynaması ilə seçilir. O, həmçinin Premyer Liqada kifayət qədər təcrübə toplayıb və hazırda “Tottenhem”in kapitanıdır.
“Liverpul”un futbolçuya marağının əsas səbəblərindən biri Vircil van Deykin müqaviləsinin 2027-ci ilin iyununda başa çatmasıdır. Mersisayd klubu müdafiə xəttində mümkün dəyişikliklərə indidən hazırlaşmaq istəyir.
Bununla belə, transferi reallaşdırmaq asan olmayacaq. Van de Ven ötən avqustda “Tottenhem”lə yeni beşillik müqavilə imzalayıb və klub onun komandadakı əsas oyunçulardan biri olduğunu düşünür.
“Mançester Yunayted”in də niderlandlı müdafiəçiyə maraq göstərdiyi bildirilir.
Əlisahib İbrahimli